“Maersk Group” şirkəti İranla əməkdaşlığı dayandırıb

“Maersk Group” şirkəti İranla əməkdaşlığı dayandırıb
# 10 oktyabr 2012 12:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Dünyanın ən böyük yük daşıyan şirkətlərindən biri olan “Maersk Group” (Danimarka) şirkəti İranla əməkdaşlığı dayandıraraq bu ölkəni tərk edib.

APA-nın məlumatına görə, şirkət buna səbəb kimi mübahisəli nüvə proqramı ilə bağlı İrana tətbiq olunmuş sanksiyalar ucbatından bu ölkədə işləməyin çətin olmasını göstərib.

Eyni zamanda şirkətdən bildirilib ki, İranla əməkdaşlıq çox böyük riskdir: “Ona görə də digər müştərilərlə, xüsusilə ABŞ-la münasibətləri pozmaq istəmirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR