Ukraynada elan olunmuş “Xocalı ayı” çərçivəsində Nikolayev şəhərində Xocalı soyqrımının 20-ci ildönümünə həsr olunmuş anım mərsimi keçirilib - FOTOSESSİYA

Ukraynada elan olunmuş “Xocalı ayı” çərçivəsində Nikolayev şəhərində Xocalı soyqrımının 20-ci ildönümünə həsr olunmuş anım mərsimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 fevral 2012 09:21 (UTC +04:00)
Bakı-APA. “Xocalı soyqırımını törətməklə bəşər tarixinin qəddarlıq səlnaməsinə əbədi imza atan erməni qəsbkarları öz tarixi cinayətləri qarşısında cavab verməlidir”. APA-nın məlumatına görə, Nikolayev vilayət dövlət administrasiyası rəsmilərinin, bir sıra xalqların diaspora təşkilatları nümayəndələrinin və media təmsilçilərinin qatıldığı anım mərasimində çıxışına bu sözlərlə başlayan Nikolayev vilayətində fəaliyyət göstərən Heydər Əliyev adına mədəniyyət və təhsil mərkəzinin sədr müavini Yunus Əliyev ermənilərin son iki əsrdə azərbaycanın tarixi ərazilərində həyata keçirtdikləri soyqırımı, deportasiya və işğalçılıq siyasəti haqqında ətraflı məlumat verib. Sonra mərasimə qatılanlar “Trend” İnformasiya Agentliyinin xətti ilə çəkilmiş “Sözün bitdiyi zaman” filminə baxmaqla ermənilərin son iki əsrdə azərbaycan xalqına qarşı həyata keçirtdikləri soyqrım və işğalçılıq siyasəti ilə tanış olublar.

Nikolayev administrasiyasının nümayəndəsi İlona Karendo, Nikolayev vilayətindəki rus icmasının sədri Tamara Belova, Bolqar cəmiyyətinin sədri Denis Jelo və bir sıra xalqların diaspora rəhbərləri ermənilərin Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə, xüsusən də uşaqlara, qadınlara və yaşlı insanlara qarşı törətdikləri vəhşilikləri bir xalqa və millətə qarşı yönəlmiş əsl soyqırımı siyasəti adlandırıblar. Natiqlər beynəlxalq təşkilatları və dünya birliyini belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməyə səsləyiblər.

Anım Mərasimində Ukrayna Azərbaycanlı Gənclər birliyinin baş katibi Ayaz Salmanov, birliyin Nikolayev təşkilatının sədri Xəyyam Dünyamalızadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cığatel İsaqızı və digər soydaşlarımız çıxış edərək , 20 il bundan öncə ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqrım aktına görə tarix qarşısında cavab verəcəklərinə əminliklərini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR