“Şəffaflıq-Azərbaycan” təşkilatı Cənubi Qafqazda informasiya əldə etmək imkanlarına həsr olunmuş hesabat hazırlayıb

“Şəffaflıq-Azərbaycan” təşkilatı Cənubi Qafqazda informasiya əldə etmək imkanlarına həsr olunmuş hesabat hazırlayıb
# 05 iyul 2012 09:41 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. “Şəffaflıq-Azərbaycan” korrupsiyaya qarşı mübarizə ictimai birliyi Cənubi Qafqazda İnformasiya Azadlığı adlı lahiyəyə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, layihə çərçivəsində hər üç Cənubi Qafqaz ölkəsində informasiya əldə edilməsi sahəsində vəziyyət araşdırılıb. Araşdırmaların yekunu olaraq yekun hesabat hazırlanıb, ümumilikdə ölkədə və regionda informasiya əldə etmə imkanlarının ümumi mənzərəsi ortaya qoyulub.

Tədbirdə çıxış edən “Şəffaflıq Azərbaycan” təşkilatının xarici əlaqələr və media üzrə mütəxəssisi Kənan Qasımov deyib ki, Azərbaycan, Gürcüstan və Ermənistan öz vətəndaşlarının informasiya azadlığının qorunması və təminatı sahəsində əhəmiyyətli nailiyyətlər eldə edib. Hər üç ölkədə informasiyanın əldə olunmasını tənzimləyən hərtərəfli milli qanunvericilik formalaşdırılıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan informasiya azadlığına zəmanət verən ən geniş hüquqi çərçivəyə malik ölkədir: “Adı çəkilən iki ölkədə dövlətə aid informasiyanın təminatı öhdəliyi milli və yerli səviyyədə dövlət qurumları, ictimai qurumlar, hüquqi şəxslər, yaxud təbii inhisarçılar kimi informasiya daşıyıcılarına şamil edilir. Gürcüstanda isə bu öhdəlik sırf inzibati qurumlara və xüsusi hüquq təşkilatlarına aiddir. Digər ölkələrdən fərqli olaraq yalnız Azərbaycanda informasiya azadlığına riayət olunmasına nəzarət edən müstəqil müşahidə qurumu, yəni Ombudsman Aparatı təsis edilib”.

K. Qasımov Azərbaycanda 30-dan çox dövlət qurumuna suallar ünvanladığını bildirib. Bu qurumlardan 9-u suallara ətraflı cavab verib, digərləri suallardan qismən yayınıb. 8 qurum isə ümumiyyətlə sualları cavablandırmaqdan imtina edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR