Kubanın yeni səfiri sentyabrın sonunda Azərbaycana gələcək

Kubanın yeni səfiri sentyabrın sonunda Azərbaycana gələcək
# 10 sentyabr 2012 12:03 (UTC +04:00)
Bakı.Anaxanım Hidayətova - APA. Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Medina Qvintero sentyabrın sonunda Azərbaycana gələcək. Bu barədə APA-ya Azərbaycanda missiyası başa çatan səfir Marsello Kabalyero Torres məlumat verib.

Qeyd edək ki, O. M. Qvintero 1975-ci ildən diplomatik xidmətdədir. O, Kubanın Polşa, keçmiş Yuqoslaviya, keçmiş Serbiya-Çernoqoriyadakı səfirliklərində çalışıb, Kuba XİN-də müxtəlif vəzifələr tutub. Bakıya təyinatından əvvəl o, Kubanın Belarusdakı diplomatik missiyasına başçılıq edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR