Azərbaycanda rezidenturaya ixtisas seçimi başlayib

Azərbaycanda rezidenturaya ixtisas seçimi başlayib
# 11 sentyabr 2012 06:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ixtisas seçimi internet vasitəsilə sentyabrın 11-i saat 9:00-dan sentyabrın 14-ü saat 9:00-dək aparılacaq.

İxtisas seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) Müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisaslar üçün baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; Stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; Tibbi biologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal; Tibbi profilaktika istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal müəyyən edilib.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə TQDK tərəfindən yaradılan apelyasiya komissiyasında sentyabrın 10-dan 12-dək baxılacaq.

Qeyd edək ki, rezidenturaya sentyabrın 8-9-da keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, namizədlərdən ümumilikdə 835 nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR