Almatıda MDB Parlament Assambleyasının toplantısı keçiriləcək

Almatıda MDB Parlament Assambleyasının toplantısı keçiriləcək
# 17 mart 2012 11:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Martın 27-də Qazaxıstanın Almatı şəhərində MDB Parlament Assambleyasının toplantısı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Məclisindən məlumat verilib.

MDB iştirakçısı dövlətlərinin parlamentləri arasında mövcud vəziyyət və qanunverici orqanlar arasında əməkdaşlıq perspektivlərinin müzakirə olunacağı toplantıda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR