İranda şəriətə uyğun olmayan geyimlər satan 980 mağaza bağlanıb

İranda şəriətə uyğun olmayan geyimlər satan 980 mağaza bağlanıb
# 20 oktyabr 2012 10:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Mərkəz vilayətində polisin keçirdiyi reyd nəticəsində 980 mağaza bağlanıb. APA-nın məlumatına görə, bu barədə Mərkəz vilayətinin Polis İdarəsinin rəisi Əhməd Abbasi açıqlama verib. O bildirib ki, bu ilin ilk 6 ayında vilayətin mərkəzi olan Ərakda 533, ətraf şəhərlərdə isə 447 ticarət obyekti bağlanıb: “Reyd zamanı həmin mağazalarda islam şəriətinə uyğun olmayan paltarlar satıldığını aşkar etdik. Müştərilərə dinimizə münasib olmayan geyimlər satan ticarət obyeklərini bağladıq. Mağazalarda keçirilən bu cür reydlər davam edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR