Azərbaycanın «Eurovision 2012» təmsilçiləri Eldar və Nigara «Qalibiyyətin bir ili» adlı parti təşkil olunub

Azərbaycanın «Eurovision 2012» təmsilçiləri Eldar və Nigara «Qalibiyyətin bir ili» adlı parti təşkil olunub
# 14 may 2012 23:32 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Eurovision 2012-nin «EuroClub»da Azərbaycanın müsabiqədəki qalibiyyətinin bir illiyi münasibəti ilə mərasim keçirilib. APA-nın məlumatına görə, ötən ilin mayın 14-də Düsseldorf səhnəsində qalib olan Eldar Qasımov və Nigar Camalın şərəfinə təşkil olunan mərasim onlar üçün sürpriz olub. Belə ki, tədbirə dəvət olunan qalib duet, bu sürprizdən xəbərsiz olub.
Mərasimdə üzərində Eldar və Nigar qalibiyyətini əks etdirən fotonun yer aldığı böyük tort kəsilib. Bu tortu da məhz qaliblərimiz Eldar və Nigar kəsib və bütün qonaqlara bu şirin təam paylanıb. Tədbirdə Maltanın, Avstriyanın, İslandiyanın, Finlandiyanın və digər ölkələrin builki təmsilçiləri iştirak edib. Tədbirdə Ell&Nikki ötən il Azərbaycana qalibiyyət gətirən «Running Scared» mahnısını ifa ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR