Azərbaycanda etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən daha 38 əcnəbi aşkar edilib

Azərbaycanda etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən daha 38 əcnəbi aşkar edilib
# 16 iyul 2012 12:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 9-dan 14-dək Bakı və Sumqayıt şəhərlərində qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib. Bu barədə APA-ya DMX-dən məlumat verilib.

Keçirilən tədbirlər nəticəsində ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 38 əcnəbi aşkar edilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1 maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR