Azərbaycanda şalıq evindən içərisi pulla dolu seyf oğurlanıb

Azərbaycanda şalıq evindən içərisi pulla dolu seyf oğurlanıb
# 17 iyul 2012 09:11 (UTC +04:00)
Hadisə ötən gecə qeydə alınıb. Sumqayıt şəhərində fəaliyyət göstərən “Ramiz” şadlıq sarayına pəncərədən daxil olan naməlum şəxslər oradakı seyfi oğurlayıblar. Seyfdə olan pulun məbləği barədə dəqiq məlumat verilmir. Şadlıq evinin sahibi polisə verdiyi ifadəsində seyfdə külli miqdarda pulun olduğunu bildirib.

Hazırda polis oğurluğu törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR