Daha iki sayt total kiberhücuma məruz qalıb

Daha iki sayt total kiberhücuma məruz qalıb
# 03 sentyabr 2012 20:26 (UTC +04:00)
Nəticədə onların bəzilərinin fəaliyyəti iflic olub. Ölkənin nüfuzlu və ən çox qorunan APA xəbər agentliyini saytı da dəfələrlə hücuma məruz qalıb və fəaliyyətində fasilələr yaranıb. Agentliyin rəhbərliyinin ilk açıqlamalarından belə aydın olurdu ki, bu hücumların müəllifi erməni hakerlərdir”. APA-nın xəbərinə görə, bu barədə bu gün “Yeni Müsavat” qəzetinin haker hücumuna məruz qalmış www.musavat.com portalının açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, son günlər ərzində vesti.az, 1news.az, mediaforum.az və başqa portallar da kiber hücumlara məruz qalıb: “Saytların bəzilərinin veb səhifələrini dağıdaraq, oraya Ramil Səfərov tərəfindən məhv edilmiş erməni zabiti Qurgen Markaryanın fotosunu yerləşdiriblər. Bu da kiberhücumları ermənilərin təşkil etməsi iddiasını daha da qüvvətləndirən detal sayılır”.


Saytdan bildirilbi ki, musavat.com 3 sentyabr saat 20.05 radələrindən fəaliyyətinə fasilə vermək məcburiyyətində qalıb. “Yeni Müsavat”ın texniki redaktoru Cavid Sərxanbəyli hücumların konkret haradan edildiyini araşdırdıqlarını, saytın bərpasına çalışdıqlarını bildirib.

Qeyd edək ki, haker hücumu nəticəsində qafqazinfo.az saytının da fəaliyyətində fasilə yaranıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR