Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiyaya cəhd olub, ABŞ səfirliyi isə xəbərdarlıq yayıb
29 sentyabr 2012 10:16 (UTC +04:00)
APA-nın məlumatına görə, polis tərəfindən piketin qarşısı alınıb. Aksiya iştirakçıları Fransada nəşr olunan jurnalda İslam Peyğəmbərinin (s.) karikaturasının çap edilməsinə və ümumiyyətlə Qərbdəki islamofobiyaya etiraz ediblər.
Aksiya iştirakçılarının bir qismi saxlanılıb. Hazırda AİP rəhbərliyi tutulan üzvlərinin sayını dəqiqləşdirir.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi də öz vətəndaşları üçün xəbərdarlıq yayıb. Səfirliyin saytında yerləşdirilmiş xəbərdarlıqda bildirilir ki, sentyabrın 29-da Fransa və ABŞ-ın Azərbaycandakı səfirlikləri qarşısında etiraz aksiyalarının keçirilməsi gözlənilir.
Xəbərdarlıqda ABŞ vətəndaşları ehtiyatlı olmağa, həmin ərazilərə yaxınlaşmamağa çağırılır. “Hətta dinc aksiyalar zamanı da müəyyən gərginliklər ola bilər”, - deyə xəbərdarlıqda qeyd olunur.

Xarici siyasət
Aİ səfiri Macarıstanın Ermənistana 10 mln avroluq yardımı bloklamasına dair xəbərə münasibət bildirib
13:14
2 may 2024
Aİ səfiri: Şadıq ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir
12:59
2 may 2024
Aİ Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüslə çıxış edəcək
12:39
2 may 2024
Sadır Japarov: TDT-nin Şuşa sammitində Türk inteqrasiyasının gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürüləcək
10:47
2 may 2024