BMT-nin Suriyadakı müşahidəçilər korpusuna norveçli general rəhbərlik edəcək

BMT-nin Suriyadakı müşahidəçilər korpusuna norveçli general rəhbərlik edəcək
# 28 aprel 2012 03:47 (UTC +04:00)
Bakı-APA. Norveçli general Robert Mud Suriyadakı müşahidəçilər missiyasına rəhbərlik edəcək. Bu barədə BMT rəsmi məlumat yayıb. Müvafiq sərəncamı təşkilatın baş katibi Pan Gi Mun imzalayıb.

BMT Təhlükəsizlik Şurasının qərarı ilə Suriyaya 300 nəfərlik hərbi müşahidəçilər korpusu göndərilir. Müşahidəçilər ilkin dövrdə Suriyada 90 gün olacaqlar.

Suriyada artıq bir ildən çoxdur ki, hökumət əleyhinə çıxışlar davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR