Moskvada Müslüm Maqomayev adına vokalçıların ikinci beynəlxalq müsabiqəsinin birinci yarımfinalı keçirilib

Moskvada Müslüm Maqomayev adına vokalçıların ikinci beynəlxalq müsabiqəsinin birinci yarımfinalı keçirilib
# 21 oktyabr 2012 14:26 (UTC +04:00)
Vokalçıların çıxışından öncə Müslüm Maqomayevin ifasında musiqilər səslənib. Daha sonra müsabiqənin açılışını elan edən Svetoslav Belza müsabiqənin münsiflər heyətini təqdim edib. Münsiflər heyətinin rəhbəri, SSRİ xalq artisti Tamara Sinyavskaya Müslüm Maqomayevin yaradıcılığından danışaraq bu müsabiqənin dahi sənətkarın 70 illiyinə həsr olunduğunu söyləyib. Müsabiqəni rəsmən açıq elan edən Tamara Sinyavskaya iştirakçılara uğurlar arzulayıb.

Daha sonra münsiflər iştirakçıların ifalarını qiymətləndiriblər. 17 gənc vokalçının çıxışına amerikalı Deni Xillin ifası ilə start verilib. Azərbaycanı təmsil edən Xəyyam Mustafazadə sıralamaya uyğun olaraq 15-ci səhnəyə çıxıb.

Müsabiqənin birinci günü vokalçılar öncə opera və ariyalardan parçalar, daha sonra estrada janrında olan mahnıları ifa ediblər. Hər iki janrı qiymətləndirən münsiflərin səslərinə əsasən müsabiqənin birinci gününün lideri Özbəkistandan olan Piyazov Jenisbek olub.

Qeyd edək ki, müsabiqə iştirakçılarından biri “Qran pri”yə, üç nəfər isə 1, 2 və 3-cü yerə layiq görüləcəklər.

Xatırladaq ki, M. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın rəhbərlik etdiyi münsiflər heyətinə Rusiyanın xalq artistləri Yelena Obratsova, Layma Vaykule, Dmitri Berman, Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR