“The Daily Telegraph”: İran Suriya ilə ticarət koridoru qurmaq istəyir

“The Daily Telegraph”: İran Suriya ilə ticarət koridoru qurmaq istəyir
# 16 mart 2012 19:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Suriya üçün quru, dəmir və hava yolu ilə elektrik xətti tikməyi planlaşdırır. APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti ələ keçirdiyi sənədlərə istinadən yazıb. Xəbərdə bildirilir ki, Suriyanın Şam və Hələb şəhərlərində 12 min 500 evin tikiləcəyi də qeyd olunub. Məqsəd Suriya və İran arasında Şimali İraq üzərindən keçəcək etibarlı bir ticarət koridoru meydana gətirməkdir. Ancaq bunun üçün əvvəlcə İraq rəhbərliyinin təsdiqi lazımdır. Hətta məsələ ilə bağlı suriyalı və iranlı nazirlərin ötən ildən bəri ən azı 9 dəfə görüşdüyü və bunlardan birinə İrana yaxınlığı ilə tanınan iraqlı nazirin də qatıldığı bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR