“Star GSM ” MMC-nin menecer və ekspeditorunun cinayət işi məhkəməyə göndərilib

“Star GSM ” MMC-nin menecer və ekspeditorunun cinayət işi məhkəməyə göndərilib
# 30 oktyabr 2012 11:55 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Star GSM ” MMC-nin mobil telefonların topdan satışı üzrə sabiq meneceri Tural Sadıqov və mobil telefonların topdan satışı üzrə sabiq ekspeditoru Azər Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.

APA-nın məlumatına görə, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, həmin şəxslər mənimsəmə və sənədləri saxtalaşdırma yolu ilə xeyli miqdarda pul mənimsəyiblər. Onlar Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 320-ci (sənədləri saxtalaşdırma) maddələrinin müxtəlif bəndləri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR