Lənkəranda naməlum yeniyetmə dənizdə boğulub

Lənkəranda naməlum yeniyetmə dənizdə boğulub
# 30 iyul 2012 16:45 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Xəzər dənizində daha bir boğulma faktı bu gün saat 17:00 radələrində Lənkəran rayonu ərazisində qeydə alınıb.

APA-nın Cənub bürosunun məlumatına görə, hadisə dənizin nəzarət olunmayan ərazisində baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin və dalğıclarının səyləri nəticəsində 13-14 yaşlarında oğlan uşağının cəsədi dənizdən çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran zona mərkəzinə gətirilib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görürlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR