“Aztelekom” bölgələrdə xidmət göstərilən abunəçilərin sayını 670 minə çatdırıb

“Aztelekom” bölgələrdə xidmət göstərilən abunəçilərin sayını 670 minə çatdırıb
# 18 sentyabr 2012 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayon telekommunikasiya qovşaqlarında xidmət göstərilən abunəçilərin sayı 670 minə çatmaq üzrədir.

Nazirlikdən «APA-Economics»ə veilən məlumata görə, hazırda «Aztelekom»un xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12-yə, 100 ailəyə düşən telefonların sayı isə 57-yə çatıb.

Bununla yanaşı, «Aztelekom»un regionlarda bütün yaşayış məntəqələrinin optikləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsində ADSL abunəçilərinin sayı 100 minə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR