Barak Obama: “ABŞ İrana qarşı təzyiqlərin və sanksiyaların davam etdirilməsi niyyətindədir”
20 may 2012 02:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Biz diplomatik yollarla İrana qarşı təzyiqlərin və sanksiyaların davam etdirilməsi niyyətindəyik”. APA-nın məlumatına görə, bunu “böyük səkkizlik” ölkələrinin ABŞ-da keçirilən sammitində iştirak edən Barak Obama deyib. Dünya təhlükəsizliyinin də müzakirə olunduğu görüşdə “böyük səkkizliyə” üzv olan digər ölkə nümayəndələri də B. Obama ilə həmfikir olaraq Tehranın mübahisəli nüvə proqramı ilə bağlı daha çox məlumat əldə etmək məqsədilə İrana qarşı təzyiqlərin davam etdirilməsinə razılaşıblar.
Qeyd edək ki, “böyük səkkizlik” ölkələrinin növbəti sammiti ABŞ prezidentinin Merilend ştatında yerləşən Kemp-Devid iqamətgahında başlayıb. ABŞ, Böyük Britaniya, Kanada, İtaliya, Yaponiya, Rusiya Almaniya və Fransa “böyük səkkizliyə” daxil olan ölkələrdir.

Amerika
Sallivan İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamaqdan imtina edir
09:13
5 may 2024
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə edib
08:54
5 may 2024
Sallivan: "ABŞ-nin Ukraynaya yardımı Rusiyaya mane olmayacaq"
05:18
5 may 2024
ABŞ-də atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
02:03
5 may 2024