Sumqayıt şəhərində yerləşən “Məişət malları” ASC-də baş verən yanğın lokallaşdırılıb

Sumqayıt şəhərində yerləşən “Məişət malları” ASC-də baş verən yanğın lokallaşdırılıb
# 17 sentyabr 2012 19:50 (UTC +04:00)
APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hazırda yanğın yalnız bir nöqtədə davam edir. Həmin hissədə də yanğın fasilələrlə güclənib zəifləyir.

Yanğınsöndürənlər yanğının digər ərazilərə keçməsinin qarşısını ala biliblər.

Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Sumqayıtda baş verən partlayışla bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Məişət malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində 6 ədəd yanacaq çənində yanğın baş verib və partlayış nəticəsində yanğın ətrafa yayılmağa başlayıb.

Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər itkin düşüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR