İranda iki nəfər edam olunub

İranda iki nəfər edam olunub
# 22 fevral 2012 21:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Mazandaran vilayətinin Sari və Tonokabon şəhərlərində iki nəfər edam olunub. APA-nın məlumatına görə, bu barədə Mazandaran vilayətinin prokuroru Əsədullah Cəfəri məlumat verib. Onun sözlərinə görə, məhbuslar zorakılıq və təcavüzdə təqsirləndirilərək dara çəkiliblər: “Mazandaran vilayətinin məhkəməsinin ikinci şöbəsinin çıxardığı edam qərarını əyalətin Apelyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən və Əfv Komissiyası məhkumların əfvlə bağlı müraciətini rədd etdikdən sonra qərar icra olunub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR