Azərbaycan Daxili Qoşunlarının yaranmasının 20-ci ildönümü qeyd olunub

Azərbaycan Daxili Qoşunlarının yaranmasının 20-ci ildönümü qeyd olunub
# 12 mart 2012 13:49 (UTC +04:00)
Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Daxili Qoşunların Baş İdarəsində keçirilən tədbirə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da qatılıb. Mərasimdə həmçinin Türkiyə Jandarma Komandanlığının zabitləri, o cümlədən digər güc strukturlarını təmsil edən yüksək rütbəli şəxslər iştirak ediblər.

Tədbirdə məruzə ilə çıxış edən Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirib ki, 1995-ci il martın 9-da imzalanmış fərmanla martın 12-si Daxili Qoşunlar günü elan olunub.

Z. Həsənov qeyd edib ki, ötən illər ərzində Daxili Qoşunlar Azərbaycanın ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olub. Qoşunların şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. General Daxili Qoşunların yüksək döyüş hazırlığına malik olduğunu deyib: «Bu gün qoşunlarda aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son illər yeni inkişaf dövrü kimi xarakterizə olunur. Daxili Qoşunlar qarşıya qoyulan xidməti vəzifələrini tam yerinə yetirməyə qadirdir».

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov isə prezidentin bayram münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb. Nazir Daxili Qoşunların şəxsi heyətinin Azərbaycanın milli mənafelərinin keşiyində ayıq-sayıq dayandığını və ölkədə daxili sabitliyin qorunmasında əsas qüvvələrdən birinə çevrildiyini vurğulayıb: «Daxili Qoşunlar yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığı yüksək olan bir quruma çevrilib. Bu gün yüksək nizam-intizama malik olan Daxili Qoşunlarda xüsusi döyüş ruhu yaşanmaqdadır».

Daxili Qoşunların qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəldiyini deyən nazir şəxsi heyətin bundan sonra da qarşıda duran bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcəyini bəyan edib.

Tədbirdə Daxili Qoşunların xidmətdə fərqlənmiş hərbi qulluqçularına medallar, bir qrup hərbçiyə isə rütbə və mükafatlar təqdim edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR