Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyanın iclası keçirilir

Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyanın iclası keçirilir
# 02 noyabr 2012 08:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyanın X iclası keçirilir. APA-nın məlumatına görə, iclasa həmsədrliyi Azərbaycan tərəfdən Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Rusiya tərəfdən isə Federal Məclisin vitse-spikeri Svetlana Orlova edir.

İclasa hər iki ölkənin səfirləri - Polad Bülbüloğlu və Vladimir Daroxin, həmçinin hər iki
parlamentin deputatları qatılıb.

Gündəlikdə əsasən Komissiya sədr müavinlərinin təyini, həmçinin Komissiyanın tərkibində dəyişiklik edilməsi, humanitar, ticari-iqtisadi qanunvericilik bazasının təmin edilməsinin perspektivlərinin müzakirəsi, X iclasının yekun protokolunun imzalanması və XI iclasın yerinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR