İyunun 21-də Azərbaycan İpoteka Fondunun istiqraz emissiyasının növbəti yerləşdirilməsinə başlanacaq

İyunun 21-də Azərbaycan İpoteka Fondunun istiqraz emissiyasının növbəti yerləşdirilməsinə başlanacaq
# 19 iyun 2012 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyunun 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca ilkin olaraq 3 mln. manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 100,8167% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci ilin yanvarın 22-də icra olunacaq. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti bu ilin yanvar ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 30 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İndiyədək sözügedən emissiyanın 17 mln. manatı yerləşdirilib.

Xatırladaq ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin oktyabrın 4-də başlanan və həcmi 20 mln. manat olan 4 buraxılış tam yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR