“Qalatasaray”ın futbolçusu yığma karyerasını bitirib

“Qalatasaray”ın futbolçusu yığma karyerasını bitirib
# 22 iyun 2012 09:13 (UTC +04:00)
Bakı – APA. Çexiya milli komandasının futbolçusu Milan Baroş yığma karyerasını bitirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, hücumçu bunu AVRO-2012-nin 1/4 final mərhələsinin Portuqaliya ilə oyunundan sonra açıqlayıb.

Türkiyənin “Qalatasaray” klubunda çıxış edən 31 yaşlı hücumçu qərarını qarşılaşmadan sonra soyunub-geyinmə otağında elan edib. Milanın bunu etməsindən sonra komanda yoldaşları ayaq üstə onu alqışlayaraq yığmadan yola salıblar.

Qeyd edək ki, 11 il yığmada oynayan Baroş 93 oyun keçirdiyi millidə 41 qol vurub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR