Azərbaycanda magistral qaz kəmərində baş verən partlayış nəticəsində sıradan çıxan xətt bərpa olunub

Azərbaycanda magistral qaz kəmərində baş verən partlayış nəticəsində sıradan çıxan xətt bərpa olunub
# 16 aprel 2012 14:22 (UTC +04:00)
Bunu “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Nazim Səmədzadə hadisə yerində APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ərazidə son tamamlama işləri gedir. Hazırda borunun texniki vəziyyəti və istismara yararlılığı yoxlanılır. Yaxın 4 saat ərzində Şamaxının Çuxuryurd və Xızının Altıağac qəsəbələrində bağlanmış kranlar açılacaq və boruya qaz vurulacaq, Altıağac qəsəbəsində qaz verilişi bərpa olunacaq.

Məlumata görə, son iki gündə ərazində 5 ağır texnika və 50-yə yaxın işçi təmir işləri ilə məşğul olub.

Qeyd edək ki, aprelin 13-də saat 22:50 radələrində 1200 mm-lik Altıağac-Ağsu qaz xəttinin 21-ci km-də, Şamaxının Pirqulu və Qızmeydan kəndləri arasındakı dağlıq ərazidən keçən hissəsində qaz sızması nəticəsində partlayış baş verib. Dərhal kəmərin partlayış baş verən hissəsinin hər iki tərəfindən, yəni Xızı rayonunun Altıağac qəsəbəsindən və Şamaxının Çuxuryurd kəndindən qazın xəttə buraxılışı dayandırılıb. Ötən iki saat ərzində borudakı maye qaz tamamilə yanıb.

Partlayışla bağlı yalnız Altıağaca təbii qaz verilişi dayandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR