Biləsuvarda avtomobil dərəyə aşıb, ikisi İran vətəndaşı olmaqla dörd nəfər xəsarət alıb

Biləsuvarda avtomobil dərəyə aşıb, ikisi İran vətəndaşı olmaqla dörd nəfər xəsarət alıb
# 25 oktyabr 2012 07:05 (UTC +04:00)
Biləsuvar Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə oktyabrın 24-də saat 19.30 radələrində Ələt-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Elşad Xıdır oğlu Şahgəldiyevin idarə etdiyi “Opel Vektra” markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb.

Sürücü və avtomobildəki sərnişinlər – sürücünün həyat yoldaşı, 1958-ci il təvəllüdlü Fatma Şahgəldiyeva və iki İran vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR