Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqun tarixi dəqiqləşib

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqun tarixi dəqiqləşib
# 01 noyabr 2012 11:33 (UTC +04:00)
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Dekabrın 17-dən 21-dək Ankara şəhərində keçiriləcək iclasda iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2007-ci ildən ildə bir dəfə olmaqla keçirilir. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, Türkiyə tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargahının II rəisi sədrlik edir.

Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu fəaliyyət göstərir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR