Bərdədə narkotik vasitələrin becərilməsi, saxlanması və satışı ilə məşğul olan şəxslər saxlanılıb

Bərdədə narkotik vasitələrin becərilməsi, saxlanması və satışı ilə məşğul olan şəxslər saxlanılıb
# 14 fevral 2012 14:15 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Azərbaycanın Bərdə rayonunda narkotik vasitələrin becərilməsi, saxlanması və satışı ilə məşğul olan rayon sakinləri saxlanılıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, son 10 gün ərzində daxil olan əməliyyat məlumatları sayəsində 5 cinayət əməlinin üstü açılıb. Bunlardan 3-ü satış, biri narkotik vasitəni əkib-becərmə, biri isə qanunsuz saxlama ilə bağlıdır. Saxlanılan şəxslər Seymur Allahverdiyev və Tələt Cəfərov narkotik vasitə sayılan marixuananı becərmə, saxlama və satmaqda təqsirləndirilirlər. Həmin şəxslər özləri isə ifadələrində onlardan aşkar edilərək götürülən bu vasitələri su hövzələrinin və Tərtər çayını vadisindən tapdıqlarını bildiriblər.

Bərdə rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi Niyazi Zeynalov APA-nın Qarabağ bürosuna bildirib ki, fakt üzrə Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb. Saxlanılan şəxslərdən biri - Tələt Cəfərov əvvəllər də məhkumluq həyatı yaşayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR