İstanbul sakini həyat yoldaşını və yeddi övladını güllələyib - VİDEO

İstanbul sakini həyat yoldaşını və yeddi övladını güllələyib - <font color=red>VİDEO</font>
# 03 noyabr 2012 07:05 (UTC +04:00)

Bakı-APA. İstanbulun Bağçılar qəsəbəsində əsəb sarsıntısı keçirən Engin Sargık adlı şəxs həyat yoldaşını, yeddi övladını və qardaşını silahla vurduqdan sonar intihar edib. APA-nın məlumatına görə, ailə münaqişəsi zəminində tapança ilə arvadı və qardaşını vuran qatil daha sonra övladlarının yatdığı otağa girərək onlara atəş açıb. Tapançadakı son gülləni özünə vuran Engin Sargık ağır yaralanıb. Qatilin qardaşı və üç övladı hadisə yerində, iki övladı isə xəstəxanada keçinib. Qatil, həyat yoldaşı və sağ qalan üç övladı hazırda xəstəxanada həkim nəzarətindədir. İlkin araşdırma zamanı qatil atanın övladlarının baş nahiyəsinə atəş açaraq öldürdüyü müəyyənləşib. Hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR