Sərdar Cəlaloğlu: “Azərbaycan Xalq Cəbhəsinin varisi AXCP və Müsavat Partiyası deyil”

Sərdar Cəlaloğlu: “Azərbaycan Xalq Cəbhəsinin varisi AXCP və Müsavat Partiyası deyil”
# 16 iyul 2012 12:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri AXC-nin yaranmasının 23-cü illiyi ilə bağlı keçirilən yubiley mərasimindəki çıxışında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, AXC klassik müstəqil dövlət uğrunda mübarizə aparan hərəkat olub: “Azərbaycan xalqının ən böyük demokratı isə təqdim olunduğu kimi Əbülfəz Elçibəy deyil, təkcə islam və türk dünyası yox, 20-ci əsrdə bütün dünyanın qəbul etdiyi ən böyük demokrat Səttarxandır. Onun başladığı hərəkat o zaman üçün klassik monarxiyanın mövcud olduğu İranda demokratik dəyərlərin formalaşmasına gətirib çıxardı. Səttarxanın başçılıq etydiyi mübarizə nəticəsində İranda parlament yarandı. Məhz Məhəmməd Əmin Rəsulzadə də həmin illərdə İranda jurnalsit kimi fəaliyyət göstərib. Rəsulzadənin demokratiya uğrunda mübarizəsində Səttarxanın Şərqdə demokratiya uğrunda apardığı hərəkatın xüsusi rolu olub. O, öz yazılarında da bu məqamlara toxunub. Biz əgər bu məqamları öyrənsək, nəticə əldə edə biləcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR