ABŞ hökuməti ölkədə silah satışına məhdudiyyət qoymayacaq

ABŞ hökuməti ölkədə silah satışına məhdudiyyət qoymayacaq
# 06 avqust 2012 22:06 (UTC +04:00)
Bakı-APA. ABŞ administrasiyası öz vətəndaşlarının silaha sahib olmaq hüququnun məhdudlaşdırılmasını planlaşdırmır. Ölkədə zorakılığın qarşısının alınmasının ən effektiv yolu izahedici işin aparılmasıdır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqtonda keçirilən brifinqdə ABŞ prezidentin mətbuat xidmətinin nümayəndəsi Karni deyib.
O bildirib ki, ABŞ-da zorakılığın artması hökuməti narahat edir. Lakin odlu silahın satışına məhdudiyyət qoyulmayacaq. “Biz insanların silaha sahib olmaq və qanunlara rəiyyət edən vətəndaşların hüquqlarını poza bilmərink”, Karni deyib.
Xatırladaq ki, son zamanlar Kolorado və Viskonsin ştatlarında baş vermiş insidentlərdə 19 nəfər həlak olub, 78 nəfər yaralanıb. Karni deyib ki, prezident Obama qanunlara dəyişiklik etmədən ölkədə zorakılığın azaldılması istiqamətində tədbirlər görülməsini planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR