İslam Partiyası razılaşdırılmamış yürüş zamanı saxlanılanlarla əlaqədar mətbuat konfransı keçirib

İslam Partiyası razılaşdırılmamış yürüş zamanı saxlanılanlarla əlaqədar mətbuat konfransı keçirib
# 13 fevral 2012 10:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyası (AİP) 2010-cu ildə Məhəmməd Peyğəmbərin (s) mövludu günü ilə bağlı keçirilən razılaşdırılmamış yürüş zamanı saxlanılanlarla əlaqədar mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, partiyanın sədr müavini Hacı Akif Heydərli deyib ki, 2010-cu il fevralın 13-də bir qrup dindar Yasamal rayonu ərazisində yerləşən “Hacı Sultanəli” məscidində əza mərasimi başa çatdıqdan sonra, Şəhidlər Xiyabanına yürüş eləmək istəyib. Məqsəd Xocalı faciəsində şəhid olanları anmaq olub.

Lakin polis icazəsiz yürüşün qarşısını alıb. A. Heydərli qeyd edib ki, Elmar Səmədov, Elçin Abbasov, Bilal Əhmədov, Ağəli Yəhyayev və Seymur Hüseynov İslam Partiyasının üzvləri olduqlarına görə polisə aparılıb, sonradan onlara qarşı saxta ittihamlarla cinayət işi qaldırılıb: “Nə istintaq dövründə, nə də məhkəmə zalında islamçılara qarşı qaldırılan ittihamlar sübut olunmayıb. İstintaqına cəlb olunan yalançı şahidlərin fikirləri əsasında günahsız vətəndaşlara ümumən Yasamal Rayon Məhkəməsi 21 il 8 ay iş kəsib”.

AİP İdarə Heyətinin üzvü Kərbəlayi Natiq Kərimov da çıxışında həbslərə etiraz edib, həbs olunanların azadlığa buraxılmalarını istəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR