Prezident İlham Əliyev Milli Azərbaycan Tarixi Muzeyinə erkən orta əsrlərə aid saxsı qab hədiyyə edib

Prezident İlham Əliyev Milli Azərbaycan Tarixi Muzeyinə erkən orta əsrlərə aid saxsı qab hədiyyə edib
# 02 oktyabr 2014 13:21 (UTC +04:00)

AMEA-dan APA-ya verilən məlumata görə, muzeyin direktoru Nailə Vəlixanlı bildirib ki, saxsı qab sentyabrın 29-da Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV sammitində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən dövlət başçısına təqdim edilib.

Bu qədim dövr nümunəsi ötən əsrin 30-cu illərində Xəzər dənizinin Bakıətrafı sahillərində aparılan sualtı arxeoloji ekspedisiya zamanı tapılıb.

N.Vəlixanlı muzeyə göstərdiyi diqqət və etimada görə ölkə rəhbərinə təşəkkürünü bildirib və qeyd edib ki, eksponat muzeyin ekspozisiyasında yer alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR