Bank Of Baku

2008-ci ilin ilk yarısında Xəzər Dəniz Neft Donanmasının balansında olan 52 gəmi təmir olunub

2008-ci ilin ilk yarısında Xəzər Dəniz Neft Donanmasının balansında olan 52 gəmi təmir olunub
# 30 iyul 2008 13:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hazırda Xəzər Dəniz Neft Donanmasının balansında olan 258 gəmidən 198-i istismar olunur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, iyun ayında 35 gəmi təmirdə olub, 4 gəmi tərsanəyə qaldırılıb, 1 gəmi tərsanədən endirilib, 3 gəminin təmiri isə avqust ayına keçirilib. Bundan əlavə, iyun ayında təmir gözləyən gəmilərin sayı 18, silinmə gözləyən gəmilərin sayı isə 7 olub. Ümumilikdə 2008-ci ilin birinci yarısında Xəzər Dəniz Neft Donanmasının balansında olan 52 gəmi təmir olunub. Bunların 14-də zavod təmiri, 15-də cari təmir, 23-də isə tərsanə təmiri aparılıb. Gəmilərin 38-i ARDNŞ-in müəssisələrində, 14-ü isə kənar təşkilatlarda təmir olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR