Bank Of Baku

«Azercell» daha üç beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib

«Azercell» daha üç beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib
# 02 sentyabr 2008 10:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti beynəlxalq MMS rouminq dairəsini genişləndirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu dəfə operator Cənubi Afrika Respublikasının «MTN», Litvanın «Bite», İsveçin «H3G» və Danimarkanın «H3G» mobil rabitə şirkətləri ilə beynəlxalq MMS xidmətini istifadəyə verib.
Qeyd edək ki, «Azercell Telecom» şirkəti 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib və indiyədək şirkət mobil şəbəkə operatorları ilə 27 ölkədə MMS xidmətinə qoşulub. Hazırda «Azercell Telecom»un 3,5 mln-dan artıq abonenti mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR