Bank Of Baku

Azərbaycana 1 litrlik mühərriki olan yeni «Hyundai» avtomobili gətiriləcək

Azərbaycana 1 litrlik mühərriki olan yeni «Hyundai» avtomobili gətiriləcək
# 02 sentyabr 2008 10:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai» avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkəti 2008-ci ilin dekabr ayında ölkəyə yeni «Hyundai i10» modelini idxal edəcək.
«Hyundai Auto Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yeni «i10» modeli iki növ mühərriklə təchiz olunub ki, bunların da biri 1,0 litr həcmində, digəri isə 1,1 litr həcmindədir (təxminən 70-75 at gücü).
«Avtomobilin satış qiyməti isə təxminən 9,5-10 min manat təşkil edəcək», - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, «Hyundai Auto Azerbaijan» şirkəti ölkədə 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakı şəhərində 4 satış və 4 servis mərkəzi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR