Bank Of Baku

«Azərbaycan Hava Yolları» yaxın iki ildə Tu markalı təyyarələrinin sayını 2 dəfə azaldacaq

«Azərbaycan Hava Yolları» yaxın iki ildə Tu markalı təyyarələrinin sayını 2 dəfə azaldacaq
# 02 sentyabr 2008 10:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) yaxın 2 il ərzində 4 ədəd Tu markalı sərnişin təyyarəsini balansından siləcək. Bunlardan 2-si Tu-154, daha 2-si isə Tu-134 markasındandır. Bu barədə «APA-Economics»ə AZAL-dan məlumat verilib.
«AZAL»ın aviaparkında bu təyyarələri «Boeing» və Fransa istehsalı olan təyyarələr (o cümlədən, ATR) tutacaq. Artıq gələn ilin əvvəlində AZAL-ın aldığı «Boeing 737-900ER» markalı sərnişin təyyarəsinin Azərbaycana gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, «AZAL» beynəlxalq aviadaşıyıcı kimi 1991-ci ildə yaradılıb. Hazırda «AZAL»ın aviaparkında 8 ədəd Tu-154 və 2 ədəd Tu-134 təyyarəsi qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR