Bank Of Baku

Azərbaycan gələn həftə Fransadan yeni təyyarə alacaq

Azərbaycan gələn həftə Fransadan yeni təyyarə alacaq
# 02 sentyabr 2008 11:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Fransadan aldığı növbəti ATR-72-500 markalı sərnişin təyyarəsi 2008-ci il sentyabrın ayının 10-dək Bakıya gətiriləcək. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) məlumat verilib.
Bu təyyarə 2006-cı ildə Fransanın «Avions de Transport Regional» (ATR) şirkəti ilə «AZAL» arasında imzalanmış müqavilə əsasında Azərbaycana gətirilən ATR tipli sonuncu – altıncı laynerdir.
Qeyd edək ki, ümumilikdə AZAL indiyədək ölkəyə 2 ədəd ATR-42-500 və 3 ədəd ATR-72-500 təyyarəsi gətirib. Sonuncu təyyarə Bakıya iyulun 22-də gətirilib.
Xatırladaq ki, Fransanın «Avions de Transport Regional» şirkətinin istehsalı olan ATR-42-500 markalı təyyarə 40 yerlik, ATR-72-500 təyyarəsi isə 70 yerlikdir. Təyyarələrin alınmasına dair müqavilənin ümumi dəyəri 97,2 mln. ABŞ dolları təşkil edir. Avialaynerlərin uçuş sürəti 550-640 km/saat, maksimal uçuş məsafəsi isə 1600 km-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR