Bank Of Baku

Bakı-Bodrum sərnişin aviareysi bağlanılır

Bakı-Bodrum sərnişin aviareysi bağlanılır
# 02 sentyabr 2008 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanın «Imair» aviaşirkəti Bakı-Bodrum (Türkiyə) marşrutu ilə sonuncu sərnişin aviareysini həyata keçirəcək. «Imair» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Bakı-Bodrum sərnişin aviareysi sonuncu dəfə sentyabr ayının 7-də saat 12:00-da yerinə yetiriləcək. Bu aviareysə biletin qiyməti 346 manat (Bakı-Bodrum) və 444 manat (Bakı-Bodrum-Bakı) təşkil edir.
Qeyd edək ki, mövsümi xarakter daşıyan Bakı-Bodrum aviareysi bu ilin iyun ayının 15-də açılıb və hər həftənin IV və VII günləri saat 12:00-da yerinə yetirilir.
Xatırladaq ki, Azərbaycanın ilk özəl aviaşirkəti olan «Imair» «Improtex Group» holdinqinə daxildir. Hazırda şirkətin Surqut (Rusiya) və Daşkənddə (Özbəkistan) nümayəndəlikləri, Almatıda (Qazaxıstan) isə filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR