Bank Of Baku

Sabirabad rayonunda 6 elektron ATS quraşdırılıb

Sabirabad rayonunda 6 elektron ATS quraşdırılıb
# 02 sentyabr 2008 15:03 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynalov - APA. Azərbaycanın Sabirabad rayonunun 6 kəndində elektron ATS quraşdırılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri İlham Əsgərov məlumat verib.
İ.Əsgərovun sözlərinə görə, rayonun Qaratəpə kəndində 160, Əhmədabadda 128, Həşimxanlıda 256, Ulacalıda 256, Cavadda 160 və Qalaqayında 160 nömrəlik elektron ATS-lər, Rüstəmli və Qaralar kəndində isə poçt binaları tikilərək istifadəyə verilib. Sabirabad rayonunun Bala Həşimxanlı, Xəlfəli, Muradbəyli kəndlərində isə poçt binalarının tikintisi davam etdirilir.
Qeyd edək ki, Azərbaycan ərazisində ATS-lərin elektronlaşdırılması prosesinin bu ilin sonunadək tam başa çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR