Bank Of Baku

Yaxın üç ildə Azərbaycan kompüter bazarı 3 dəfə genişlənəcək

Yaxın üç ildə Azərbaycan kompüter bazarı 3 dəfə genişlənəcək
# 02 sentyabr 2008 15:38 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, 2008-ci ilin sonunadək «Microsoft», «Intel» şirkətləri və RİTN-in birgə səyləri nəticəsində layihənin hazırlanması, o cümlədən dövlət tərəfindən güzəştli kreditlərin ayrılması məsələsi ilə bağlı işlər başa çatdırılacaq: «Bu layihənin bir çox üstünlükləri olacaq, ən əsası da prosessorların və proqram təminatlarının qiyməti baxımından. Bu da alıcıların gözündə kompüterlərin qiymət çəkiciliyini artıracaq. Bununla yanaşı, əlverişli şərtlərlə kredit ödəmə imkanı da az rol oynamayacaq».
Ə.Abbasov qeyd edib ki, bu layihənin həyata keçirilməsi nəticəsində ilk üç ildə ölkənin kompüter bazarının üç dəfə genişlənməsi gözlənilir. Belə ki, hazırda hər 100 nəfərə 6-7 kompüterin düşməsini nəzərə alsaq, yaxın 3 ildə 100 nəfərə düşən kompüterlərin sayı 20-dən artıq ola bilər.
Qeyd edək ki, yerli ekspertlərin rəylərinə görə, Azərbaycan kompüter bazarının illik həcmi 100 min hazır sistemə (stasionar və portativ kompüterlər və serverlər) yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR