Bank Of Baku

Azərbaycana «Hyundai i20» avtomobili gətiriləcək

Azərbaycana «Hyundai i20» avtomobili gətiriləcək
# 03 sentyabr 2008 11:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai» avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkəti 2008-ci ilin sonunda ölkəyə yeni «i20» modelini idxal edəcək. Bu barədə «APA-Economics»ə «Hyundai Auto Azerbaijan» şirkətindən məlumat verilib.
Şirkətdən bildirilib ki, hazırda Koreyada «Hyundai Getz» modellərinin istehsalı dayandırılıb və dünya avtomobil bazarında «Getz»i məhz yeni «Hyundai i20» modeli əvəzləyəcək: «Avtomobilin qiymətinə gəldikdə isə, yeni «i20» modeli təxminən 13,5-15 min manat təşkil edəcək. Yeni model Azərbaycana bu ilin dekabr ayında gətiriləcək».
Qeyd edək ki, yeni «Hyundai i20» modeli iki növ benzin mühərriki ilə təchiz olunub. Bunlardan biri 1,4 litr həcmində, digəri isə 1,6 litr həcmindədir (təxminən 92-106 at gücü).
Qeyd edək ki, «Hyundai Auto Azerbaijan» şirkəti ölkədə 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakı şəhərində 4 satış və 4 servis mərkəzi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR