Bank Of Baku

Son 5 ildə Azərbaycanın İKT sektoruna 300 mln. dollar sərmayə yatırılıb

Son 5 ildə Azərbaycanın İKT sektoruna 300 mln. dollar sərmayə yatırılıb
# 03 sentyabr 2008 15:29 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın telekommunikasiya sektoru öz cəlbediciliyini itirmir və daim xarici investorların diqqət mərkəzindədir. «APA-Economics»in məlumatına görü, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib: «Son 5 ildə İKT bazarının orta illik inkişaf tempi 35-37% təşkil edib».
Nazirin sözlərinə görə, Azərbaycanın telekommunikasiya bazarında sabitlik müşahidə olunur və son beş ildə bu sahəyə 200-dən artıq yerli və xarici şirkət cəlb olunub.
Bununla yanaşı, Azərbaycanda regional innovasiya zonaları yaradılır və bu layihə bazarın nisbətən kiçik olmasına baxmayaraq, respublika ərazisində regional əhəmiyyətli ixracyönümlü mal və xidmətlərin istehsalına imkan yaradacaq. Bu layihənin həyata keçirilməsi Azərbaycanda sadələşdirilmiş vergi sistemi, investisiyaların qorunması üçün güzəştlərin tətbiqinə şərait yaradacaq. Məhz bunun nəticəsidir ki, artıq respublikada fəaliyyəti regiona hesablanmış şirkətlər yaradılır.
Nazirin sözlərinə görə, ümumilikdə son 5 ildə Azərbaycanın İKT sektoruna 200-250 mln. manat sərmayə yatırılıb və bunun əsas hissəsi xarici sərmayələrin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR