Bank Of Baku

İlin sonunadək «Azərpoçt»da Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin ilk hissəsi istifadəyə veriləcək

İlin sonunadək «Azərpoçt»da Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin ilk hissəsi istifadəyə veriləcək
# 12 sentyabr 2008 10:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Dünya Bankının (DB) Azərbaycanda həyata keçirdiyi «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi üçün Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi 6 modul üzrə qurulacaq.
«Azərpoçt»dan «APA-Economics»ə verilən məlumata görə, birinci modulu olan baş kitab (mühasibatlıq modulu) və sistemin nüvəsi, eləcə də ikinci modul olan ödənişlərin qəbulu və hesab açılmadan pul köçürmələri üzrə nəzərdə tutulan işlər çərçivəsində sistemin imkanları ilə «Azərpoçt» DM-nin tələbləri arasında mövcud olan boşluqların təhlili həyata keçirilib. Artıq həmin modulların sazlanmasına başlanılıb. Hazırda işlər 4 modul üzrə aparılır. İlin sonunadək Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin birinci modulu tam istifadəyə veriləcək.
Xatırladaq ki, 2005-ci ilin mayın 24-də imzalanan, oktyabrın 14-dən isə hüquqi qüvvəyə minən «Maliyyə xidmətlərinin inkişafı Layihəsi»nin dəyəri ümumi 17,5 mln. ABŞ dollarıdır. Onun 12,5 mln. dollarını DB Azərbaycana kredit kimi ayırıb, qalan 5 mln. dollar isə Azərbaycan hökumətinin payıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR