Bank Of Baku

Azərbaycanda “Gəncə infrastrukturu” adlı beynəlxalq sərgi keçiriləcək

Azərbaycanda “Gəncə infrastrukturu” adlı beynəlxalq sərgi keçiriləcək
# 13 sentyabr 2008 09:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il sentyabrın 22-24-də Gəncədə «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə «Gəncə infrastrukturu» («West Azerbaijan Infrastructure») adlı II Azərbaycan Beynəlxalq Sərgisi keçiriləcək.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu sərgiyə parallel olaraq «Tikinti» («WestAzBuild») sərgisi də təşkil olunacaq. Hər iki sərgi Gəncə şəhərinin yaranmasının ildönümünün bayram edilməsi mərasiminə uyğunlaşdırılıb.

«Gəncə İnfrastrukturu» sərgisində tikinti və interyer, qida sənayesi, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, energetika, bank və sığorta, səhiyyə, nəqliyyat, infrastruktu və digər sahələri əhatə edən şirkətlər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR