Bank Of Baku

«Azerfon» ali məktəb tələbələri üçün yeni tarif planı hazırlayıb

«Azerfon» ali məktəb tələbələri üçün yeni tarif planı hazırlayıb
# 18 sentyabr 2008 12:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azerfon» şirkəti ali məktəb tələbələri üçün yeni Tələbə Tarif Planını təqdim edib.
«Azerfon»un mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, tarif planında 1 dəqiqə danışıq vaxtının və 1 SMS-in qiyməti 3 qəpikdir. Tələbə Tarif Planına qoşulmuş abunəçilər həmçinin bu ilin dekabrın 1-dən gələn ilin yanvarın 31-dək və mayın 1-dən iyunun 30-dək yeni kampaniyanın iştirakçılarının balanslarına 3 Mb GPRS-trafik və 30 MMS bonus yüklənəcək. Bonus balansını *777#20#Yes şifrəsini yığmaqla öyrənmək mümkündür.
Qeyd edək ki, «Azerfon» şirkətinə Azərbaycanda GSM standartlı mobil rabitə xidmətləri göstərməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də («Nar Mobile» ticarət nişanı) başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 650 mindən artıq abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR