Bank Of Baku

Azərbaycanın Fransadan aldığı sonuncu ATR markalı təyyarə Bakıya gətirilib

Azərbaycanın Fransadan aldığı sonuncu ATR markalı təyyarə Bakıya gətirilib
# 18 sentyabr 2008 13:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Fransanın «Avions de Transport Regional» (ATR) şirkətindən aldığı sonuncu ATR markalı təyyarə ötən gün Bakıya gətirilib. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
M.Səfərlinin sözlərinə görə, bu, ATR-72-500 markalı təyyarədir və ölkədaxili aviareyslərdə uçuşlar yerinə yetirəcək: «Bu, «AZAL»ın 2006-cı ildə imzalanmış müqavilə çərçivəsində Fransadan aldığı sonuncu ATR markalı təyyarədir. Buna qədər 2 ədəd ATR 42-500, 3 ədəd ATR 72-500 təyyarəsi ölkəyə gətirilib».
Qeyd edək ki, Fransanın «Avions de Transport Regional» şirkətinin istehsalı olan ATR-42-500 markalı təyyarə 40 yerlik, ATR-72-500 təyyarəsi isə 70 yerlikdir. Təyyarələrin alınmasına dair müqavilənin ümumi dəyəri 97,2 mln. ABŞ dolları təşkil edir.
Avialaynerlərin uçuş sürəti 550-640 km/saat, maksimal uçuş məsafəsi isə 1600 km-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR