Bank Of Baku

Yaxın günlərdə Azərbaycanda iki regional hava limanı istifadəyə veriləcək

Yaxın günlərdə Azərbaycanda iki regional hava limanı istifadəyə veriləcək
# 18 sentyabr 2008 15:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın günlərdə Azərbaycanın Zaqatala Hava Limanı istifadəyə veriləcək. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-dən məlumat verilib.
Hava limanı istifadəyə veriləndən sonra Bakıdan Zaqatalaya aviareyslərin təşkili də nəzərdə tutulur. Zaqatalaya uçuşların ATR markalı təyyarələrlə həyata keçirilməsi planlaşdırılır.
Tikintisinə 2006-cı ildə başlanılmış Zaqatala Hava Limanının uçuş-enmə zolağının uzunluğu 2 100 metrdir. Hava limanı 1 saatda 100 sərnişinə xidmət göstərmək imkanına malikdir.
Qeyd edək ki, hazırda «Azərbaycan Hava Yolları» QSC-yə Heydər Əliyev Beynəlxalq Hava Limanı, Naxçıvan, Gəncə, Yevlax və Zabrat aeroportları daxildir. Yaxın günlərdə Lənkəranda aeroportun istifadəyə verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR