Bank Of Baku

Avqustda Bakıda kommersiya xarakterli əmlakın orta satış qiyməti 1,6% artıb

Avqustda Bakıda kommersiya xarakterli əmlakın orta satış qiyməti 1,6% artıb
# 19 sentyabr 2008 11:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayında Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiymətində 1,6%, icarə qiymətlərində isə 1,4% artım qeydə alınıb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Nəticədə, Bakı şəhəri üzrə 1 kv. m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) iyul ayında qeydə alınan 3 561 ABŞ dollarından 3 618 dollara qədər artıb.
Avqust ayında bazara çıxarılan qeyri-yaşayış sahələri iyul ayında olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası iyul ayına nisbətən zəif olub.
Şəhərin zonaları üzrə I və IV zonalarda qiymət azalması, II və III zonalarda isə qiymət artımı müşahidə edilib. Aparılan araşdırmalara əsasən, qiymət artımı iyul ayı ilə müqayisədə 1,6%, ilin əvvəli ilə müqayisədə 30,7%, son bir illə müqayisədə isə 37,4% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR